Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:52

Yeniyetmə məhkumlar şəhər gəzintisinə çıxarılıb


Yetkinlik yaşına çatmayan bəzi məhkumlar şəhər gəzintisinə çıxarılıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verir ki, tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən həmin məhkumlar xidmət əməkdaşlarının müşaiyəti ilə müəssisənin hüdudlarından kənarda idman, mədəni-kütləvi və digər tədbirlərdə iştirakı ediblər.

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tərbiyə müəssisəsində məhkum yeniyetmələrlə bağlı növbəti belə tədbir iki gün öncə- “Dövlət Müstəqilliyi Günü” ərəfəsində keçirilib.

Yeniyetmələrdən bir neçəsi Heydər Əliyevin məzarı və Şəhidlər Xiyabanı ziyarət edilib.

XS
SM
MD
LG