Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:06

Roma papası homoseksualların müdafiəsində uduzdu


Arxiv
Arxiv

Sinod homoseksuallara və boşananlara iltifatlı münasibət nəzərdə tutan hesabatı rədd edib.

Roma papası Francis-in homoseksuallara və boşanaraq ikinci nikaha girənlərə daha iltifatlı münasibət barədə təklif etdiyi hesabat Katolik Kilsəsinin ali orqanı olan sinod tərəfindən rədd edilib.

Bu təkliflərin yer aldığı fəsillər səsvermədən keçməyib və sənəddən çıxarılıb.

Müxbirlər bildirirlər ki, katolik kilsələrinin geylərə və boşandıqdan sonra ikinci evliliyə girmiş katoliklərə daha geniş qucaq açmasını nəzərdə tutan müddəalar üzərində xeyli redaktə işi getmiş və bu müddəalar son dərəcə ümumiləşdirlmişdi, lakin buna baxmayaraq hətta belə zəif mətn də sinodu razı salmayıb.

Bu iki müddəa sənəddən çıxarıldıqdan sonra hesabat layihəsi qəbul olunub.

Səsvermədən sonra jurnalistlər və müşashidəçilər qarşısında çıxış edən Roma papası deyib ki, təklif edilən müddəalar barədə “canlı və qızğın mübahisələr getməsəydi və ya əksinə hamı sənədi saxta bir sükutla qəbul etsəydi o, daha çox kədərlənərdi”.

Allahın sürprizləri

Özünün son dərəcə diplomatik çıxışında Francis ata həmçinin “yazılmış sözdən yapışıb duranların”ın və özlərini “Allahın sürprizlərindən gizlədənlərin” “davakar inadkarlığının” ziyanlarından danışıb.

Xəbər verilir ki, hesabatın təsdiq olunmuş variantından çıxarılmış müddəlarda yazılmışdı ki, “homoseksual insanlar da xristian icmasına töhfə vermək üçün istedad və bacarıqlara malikdirlər”. Təsdiq olunmuş variantda isə deyilir ki, “homoseksuallara qarşı ayrı-seçkilikdən yan keçmək lazımdır”.

Roma papası bildirib ki, hesabat “oradan çıxarılmış hissələr də daxil olmaqla” tam mətndə dərc olunacaq.

Francis ata deyib ki, qəbul olunmuş sənəd hökm və ya “direktiv sənəd” deyil və sözü gedən məsələlərin gələcəkdə də müzakirə ediləcəyi istisna olunmur.

Məsələ gündəlikdə qalır

Müxbirlər bildirirlər ki, iki həftə davam edən sinod Katolik Kilsəsinin 21-ci əsrdə insan seksuallığına münasibət məsələsində yaşadığı fikir ixtilafını nümayiş etdirib.

Beləliklə, Roma papasının İncilə işarə edərək “özlərini yazılanların çərçivəsində məhbus etməməyə” çağırdığı kardinallar və yepiskoplar müqəddəs atanın müraciətinə məhəl qoymayıblar.

Bununla belə, sənəddən çıxarılmış müddəalar səslərin 50 faizindən çoxunu qazanıb, hərçənd hesabatda təsbit olunmaq üçün onlara kardinalların üçdə iksinin səs verməsi zəruri idi.

Müşahidəçilərin fikrincə elə bu məqam məsələnin bir ildən sonra Romada daha geniş heyətdə keçiriləcək sinodda gündəmə gəlməsinə imkan yaradacaq.

Ailə məsələlərinə həsr olunmuş Vatikan sinoduna 200-dən çox yepiskop qatılmışdı.

Nailiyyət, yoxsa xəyanət?

Britaniya katoliklərinin “The Tablet” jurnalından Christopher Lamb deyib ki, bu məsələlərin elə gündəmə gətirilməsinin özü çox böyük dəyişiklikdir.

Cənab Lamb əlavə edib ki, sinodda iştirak edən yepiskopların gəldiyi ölkələrin çoxunda homoseksuallığın qanunla qadağan olunduğu da nəzərə alınmalıdır.

O deyib ki, artıq “homoseksuallıq” sözü kilsə müzakirələrinin dilinə daxil olub.

Mühafizəkar ruhanilər isə hesabat layihəsinin müzakirəyə çıxarılmasını “xəyanət” adlandırıblar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG