Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 18:19

Kommunistlər telekanal açır


SSRİ bayrağı

-

Rusiya Kommunist Partiyası «Qırmızı xətt» (Red line) televiziya kanalının yayımı üçün lisenziya alıb.

Partiyanın lideri Gennady Zyuganov-un dediyinə görə, kanal tezliklə bütün Rusiyada yayımlanacaq.

İndi «Qırmızı xətt» internetdə yayımlanır. Kanalın internet saytındakı bəyanatda deyilir:

«Bizim əsas məqsədimiz Rusiyanın, eləcə də dünyanın inkişafına biganə olmayan, savadlı insanlar arasında müzakirələrin aparılması üçün bir informasiya vasitəsi və platformaya çevrilməkdir».

Kanal sənədli filmlər, özəl reportajlar, siyasi debatlar hazırlayır. Eləcə də federal kanallarda çıxışları yasaqlanan siyasətçilər, iqtisadçılar və ictimai xadimlərdən müsahibələr alır.

XS
SM
MD
LG