Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 08:03

-

Honkonqda etirazlar davam edir. Oktyabrın 18-də Çin polisi 1000-ə qədər etirazçıya qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Polis bir gün öncə baryerləri qıraraq aksiyaçıların toplandığı ərazini nəzarətə ala bilmişdi.

3 həftədir davam edən aksiyalar «çətir inqilabı» adı ilə tanınır. Gözlərini bibər qazlarından qorumaq üçün etirazçılar çətirlərdən istifadə edirlər.

Etirazçılar əsasən azad seçki və 2017-ci il seçkilərində öz namizədlərini irəli sürmək haqqını tələb edirlər. Çin isə bildirir ki, yalnız əvvəlcədən təsdiq olunmuş namizədlər seçkidə iştirak edə bilər.

Honkonq növbəti liderini 2017-ci ildə seçməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG