Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:11

Novruz Məmmədov: «Dövlət Departamenti Azərbaycanın imicinə zərbə vurmaq istəyir»


 Novruz Mammadov
Novruz Mammadov

-

“Dövlət Departamenti Azərbaycanın imicinə zərbə vurmaq istəyir”

AzərTacın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ Dövlət Departamenti sözçüsünün oktyabrın 15-də Azərbaycanda QHT fəallarının həbsiylə bağlı bəyanatına münasibət bildirərkən deyib:

“Təəssüflər olsun ki, son zamanlar ABŞ Dövlət Departamentinin sözçüsü Azərbaycanla bağlı bir sıra əsassız, həqiqəti əks etdirməyən bəyanatlar verir. Görünür, bu yolla ölkənin daxili işlərinə qarışmaq və ona təzyiq göstərmək daha məqbul hesab edilir.

Yaxşı olardı ki, qanunun aliliyini əlində bayraq edən Dövlət Departamenti bütün bu illər ərzində işğalçı Ermənistana və Dağlıq Qarabağdakı separatçı rejimə maddi və mənəvi yardım göstərmək əvəzinə, 20 ildən artıq bütün hüquqlarından məhrum olmuş bir milyon qaçqın və köçkünün vəziyyəti və hüquqları ilə bağlı bəyanat verəydi.

Bu bəyanatda məqsəd Azərbaycanla Avropa Birliyi və ABŞ arasındakı əməkdaşlığa kölgə salmaq, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır”-deyə o vurğulayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki oktyabrın 15-də Azərbaycanda QHT fəallarının həbsindən narahatlıq bildirən bəyanatla çıxış edib, hökuməti insan haqları sahəsində üzərinə götürdüyü öhtəliklərə əməl etməyə çağırıb.

XS
SM
MD
LG