Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:26

Türkiyədə elektron partiya qurulur


Emrehan Halıcı
Emrehan Halıcı

-

Ankara müstəqil millət vəkili Emrehan Halıcı elektron partiya quruculuğunun ilk mərhələsi kimi www.eparti.org saytını açıb.

Halıcı «Anadolu» Agentliyinə müsahibəsində nə vaxtdan belə bir partiya (eParti) qurmaq qərarına gəlməsindən və daha sonrakı prosesdən danışıb.

O bu istəyini ilk dəfə 2002-ci ildə Türkiyənin keçmiş baş naziri mərhum Bülent Ecevit-lə paylaşdığını bildirib. Ecevit-in rəhbərlik etdiyi Demokratik Sol Partiyası (DSP) həmin il seçimə «Hədəf informasiya cəmiyyəti» devizi ilə gedirmiş. Halıcı o ilin başqa şüarlarına – «Ey Türkiyə, bu da e-Türkiyə» və «Kənd şəhərindən texnoşəhərə» də diqqət çəkərək, «Ecevit belə məsələlərdə çox uzaqgörən bir adam idi» – sözlərini dilə gətirib.

Elektron partiya qurucusu daha sonra – 2011-ci ildə eyni düşüncələrlə CHP-yə üzv yazıldığını bildirsə də, istədiyi anlamda partiya hədəfinə çatmadığını deyib. O, beləcə, öz «eParti»sini qurmaq qərarına gəlib.

Halıcı «Nədən belə bir partiya yaratmağa ehtiyac duydunuz» sualını da cavablayıb: «Həmvətənlərim siyasi partiyaların fəaliyyətinə yetərincə təsir göstərə bilmirlər. Görürəm ki, sıravi üzvlərin partiya idarəçiliyinə və qərar mexanizmlərinə təsiri, az qala, yox dərəcəsindədir».

O, daha sonra fikrini belə davam etdirib: «Elektron Partiya yaratmaq təşəbbüsünün məqsədi təkcə səsverməyə və təbliğata qatılmaq deyil. İstəyirik ki, vətəndaşlarımız, o cümlədən partiya üzvləri bütün siyasi proseslərə daha çox təsir göstərsin və daha çox töhfə versinlər».

Təşəbbüsünün maraqla qarşılandığını vurğulayan Halıcı sözlərinə bunu da əlavə edib: «Elektron partiyanın proqram və nizamnaməsi tamamlandıqdan sonra rəsmi üzvlük üçün vətəndaşlara üz tutacağıq… Onların şəxsi fikirlərini bizə çatdıracaq elektron sistemi hazırlayırıq. Bu, yaşayan bir partiya olacaq. Yəni elə partiya olmayacaq ki, əvvəl qərar qəbul edilsin və yalnız sonra bu qərarın mahiyyəti üzvlərə açıqlansın».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG