Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:16

Leyla Yunusun kamera yoldaşı «Azadlıq» qəzetini də məhkəməyə verib


Əlayıf Həsənov
Əlayıf Həsənov

-

Oktyabrın 16-da Yasamal rayon Məhkəməsinin katibliyi Nuriyyə Hüseynovanın vəkil Əlayıf Həsənova qarşı iddiası üzrə qərar qəbul edib.

Qərarda icraatın yeniləndiyi, iddiaçının «Azadlıq» qəzeti redaktoruna qarşı ittihamlarının da işə əlavə olunduğu bildirilir.

Bu haqda AzadlıqRadiosuna Əlayıf Həsənov məlumat verib. O, məhkəmənin bu qərarını «bənzərsiz qərar» kimi qiymətləndirib. Əlayıf Həsənovun sözlərinə görə, qaydalara əsasən, hakimlər müşavirəyə gedərkən, yalnız və yalnız əllərində olan sənəd, fakt və sübutlar əsasında qərar qəbul etməlidirlər:

«Müşavirə zamanı onların telefonla danışması da yasaqlanır. Yasamal Məhkəməsinin çıxardığı bu qərar Azərbaycan məhkəmələrinin əsl üzünü göstərir. Bütün bunlar məhkəmələrin öz təyinatlarından yayınmasına, ciddi basqı altında olmasına və siyasi sifariş icra etməsinə daha bir sübutdur».

Əlayıf Həsənov «Azadlıq» qəzetinin redaktoruna qarşı bənzər ittihamın onun işinə adi edilməsini doğru saymır.

Ötən prosesdə hakimlər Əlayıf Həsənova qarşı iddiaya Yasamal, yoxsa Zərdab rayon məhkəmələrində baxılmasını qərarlaşdırmaq üçün müşavirəyə yollanmışdılar. Nuriyyə Hüseynovanın yeni ittihamlarından sonra məsələnin Bakıda – Yasamal Məhkəməsində araşdırılması qərara alınıb.

Əlayıf Həsənov hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarını müdafiə edir.

Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayıf Həsənovu ona böhtan atmaqda və aşağılamaqda günahkar bilərək xüsusi ittiham qaydasında məhkəməyə verib. Bir müddət öncə Əlayıf Həsənov, Leyla Yunusa istinadla, öz «facebook» hesabında yazıb ki, Nuriyyə Hüseynova kamerada hüquq müdafiəçisinə fiziki və psixoloji təzyiq edir, qohumlarının gətirdiklərini onun əlindən alır. «Azadlıq» qəzeti həmin status əsasında xəbər hazırlamışdı.

XS
SM
MD
LG