İranın nüvə danışıqlarında irəliləyiş olduğu bildirilir. ABŞ Dövlət Katibi John Kerry iranlı həmkarı Javad Zarif və Avropa Birliyinin xarici siyasət rəhbəri Catherine Ashton-la oktyabrın 15-də Vyanada danışıqlar aparıb.
Adı çəkilməyən ABŞ rəsmisi deyib ki, bəzi məsələlər müzakirə olunub, ancaq irəlidə xeyli iş var.
İran dünyanın 6 ölkəsi – Birləşmiş Ştatlar, Fransa, Almaniya, Çin, Rusiya və Britaniya ilə danışıqları davam etdirir. Noyabrın 24-ü razılıq əldə olunması üçün son tarix qoyulub.
Məqsəd sanksiyaların qaldırılması əvəzində İranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasıdır. Qərb İranın nüvə silahı hazırladığını deyir, Tehran bunu təkzib edir.