ABŞ prezidenti Barack Obama oktybarın 15-də Britaniya, Fransa, Almaniya və İtaliya liderləri ilə video konfrans keçirəcək və beynəlxalq problemləri, o cümlədən İslam Dövləti yaraqlıları ilə mübarizəni müzakirə edəcək.
Obama bir gün əvvəl bu ekstremist qrupla mübariəznin uzun olacağını, mübarizədə irəliləyişlər və geriləmələr ola biləcəyini demişdi.
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Kobani ətrafında İD mövqelərinə zərbələr endirir, İraqda isə İD yaraqlıları Al-Amiriyah şəhərinə yaxlnlaşıblar. Bu şəhər Bağdadın 40 km-liyindədir.