Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:15

Dmitri Medvedev CNBC televiziyasına müsahibə verib


Rusiyanın baş naziri Medvedev ABŞ-ın CNBC televiziyasına müsahibəsində deyib ki, ABŞ-ın Rusiyaya qarşı sanskiyaları qaldıqca, ABŞ-Rusiya münasibətlərində “yenidən yüklənmə”, yəni əvvəlkiləri unudub, hər şeyə yenidən başlama mümkün deyil.

Vaxtilə bu “yenidən yüklənmə” ideyasını 6 il qabaq Obama prezidentliyə gələndə Rusiya ilə münasibətləri yaxşılaşdırmaq haqda irəli sürmüşdü.

Oktybarın 15-də Rusiya hökumətinin saytında yerləşdirilmiş müsahibənin mətnində deyilir ki, Medvedev ABŞ sanksiyalarını destruktiv adlandırıb.

Medvedev ABŞ prezidenti Obamanın BMT Baş Məclisində keçən ayki çıxışında dediyi fikirləri tənqid edib.

Obama Rusiyanı insanlığa Ebola və İslam Dövləti təşkilatı ilə yanaşı 3 ən böyük təhlükə sırasına salmışdı.

XS
SM
MD
LG