Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:30

ABŞ Dövlət Katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov noyabrın 24-dək İranın ziddiyyətli nüvə proqramına dair yekun sazişin əldə olunacağına inandıqlarını bildiriblər. Oktyabrın 14-də Parisdə Lavrovla görüşdən sonra Kerry deyib ki, razılaşma “əlçatmaz deyil”, baxmayaraq ki, bir sıra vacib məsələlər həll olunmalıdır.

Lavrovun sözlərinə görə, son tarix – noyabrın 24-dək razılaşma mümkündür, lakin bu tarix “müqəddəs deyil” və o vaxtadək baş verməməsi “faciə deyil”. Lavrov son tarixin uzadılmasının mümkünlüyünə eyham vurub.

Kerry oktyabrın 15-də İranın xarici işlər naziri Mohammad Javad Zarif-lə danışıqlar aparacaq. Birləşmiş Ştatlar, Rusiya, Çin, Almaniya, Fransa və Britaniya rəsmiləri ertəsi gün Zarif-lə görüşdə razılaşma əldə olunacağına ümid bəsləyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG