Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 10:17

Rumıniya prezidenti deyir ki, baş nazir keçmiş casusdiur


Victor Ponta

Rumıniyanın vəzifədən gedən prezidenti Traian Basescu iddia edir ki, baş nazir və prezidentliyə namizəd Victor Ponta keçmiş casusdur.

Basescu bildirir ki, Ponta prokuror olduğu vaxt 1997-ci ildən 2001-ci ilə kimi Rumıniya xarici kəşfiyyatının zabiti olub. Basescu hesab edir ki, eyni vaxtda həm prokuror , həm də casus olmaq məqbul sayıla bilməz.

Ponta bu ittihamları rədd edərək yalan adlandırıb.

Basescu iki prezidentlik dövründən sonra prezidentlikdən gedir. Ponta isə prezident seçkilərini udmağa ən real namizəddir.

XS
SM
MD
LG