Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:29

NİDA-çı Şahin Novruzlu atasının dəfninə buraxılmadı


Şahin Novruzlu
Şahin Novruzlu

-

NİDA Vətəndaş Hərəkatının həbsdəki üzvü Şahin Novruzlunun atası İbrahim Novruzlu qəfil ürək tutmasından vəfat edib.

Bu haqda AzadlıqRadiosuna Şahin Novruzlunun anası Mehparə Novruzlu deyib. O bildirib ki, oğlunun yas mərasimində iştirakı üçün vəkillər təcridxana rəhbəri ilə danışıqlar aparır:

«Oğlum da, bacısı da baş verənlərdən xəbərsizdilər».

Mərhum oktyabrın 14-də dəfn olunmalıdır.

Şahin Novruzlunun vəkili Əshabəli Mustafayev jurnalistlərə deyib ki, Bakı İstintaq Təcridxanasının rəhbərliyi onlara rədd cavabı verib, məhbusun yas mərasimində iştirakına icazə verməyib:

«Təcridxana rəhbərliyi dedi ki, bu məsələ qanunvericilikdə nəzərdə tutulmayıb. Barəsində hökm çıxarılmayan şəxs qısa müddətə də olsa, azadlığa buraxıla bilməz. Ancaq biz bilirik ki, təcrübədə dəfələrlə belə hallar olub, təcridxanada saxlanan şəxs yaxınlarının dəfnində iştirak ediblər. Qanunda bu əksini tapmadığı üçün hər dəfə buna fərdi yanaşırlar».

Vəkil Şahin Novruzlunun atasının ölümündən xəbərsiz olduğunu güman edir.

Penitensiar Xidmətdən AzadlıqRadiosuna bildirilib ki, atasının yas mərasimində iştirakına şərait yaradılması üçün Şahin Novruzlu tərəfindən müəssisə rəhbərliyinə müraciət daxil olmayıb:

«Belə bir müraciət olarsa, mövcud qanunvericiliyə uyğun qaydada müraciətə baxılacaq».

Şahin Novruzlu kütləvi iğtişaşların təşkilində ittiham olunur. Ona 6 il azadlıqdan məhrumetmə cəzası verilib. Gənc fəal özü həbsini siyasi sifariş sayır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG