Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:23

İranda Azərbaycan dilində televiziya açılır


İranda Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq. Qısa zamanda fəaliyyətə başlamalı kanal 24 saat efirdə olacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İran Radio-Televiziya Təşkilatının sədri Ezzatollah Zarghami oktyabrın 14-də keçirilən mətbuat konfransında deyib.

E.Zarghami bildirib ki, həmin kanalda Azərbaycanda çəkilən televiziya serialları, cizgi filmləri, sənədli filmlər yayımlanacaq. Bundan başqa, televiziya iki ölkə arasındakı əməkdaşlığı, mədəni əlaqələri də işıqlandıracaq:

«Bu televiziya kanalı Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək».

E.Zarghami-nin sözlərinə görə, İran «Azerspace-1» peykinin imkanlarından yararlanmaq niyyətindədir:

«Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran «Azerspace-1»dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur».

İran rəsmisi səfər çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunduğunu da bəyan edib.

XS
SM
MD
LG