Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 11:33

Oktyabrın 14-də Bakı Olimpiya stadionunun tikintisində iştirak edən fəhlələr etiraza başlayıb. Onlar əmək haqqının verilmәmәsinә görә işlәrini dayandırıblar. Məlumatı Neftçilərin Əmək Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı yayıb.

Fəhlələr "OKR Mühəndislik İnşaat Taahüt Elektrik Enerji Makinə Sanayi Ticarət Limited Şirkəti-nin Azәrbaycan Respublikasındakı filialının işçilәridir.

“Şirkәt hal-hazırda yeni tikilәn Bakı Olimpiya stadionunda fәaliyyәt göstәrir. Aksiya davam edir. Müdiriyyət isə işçiləri işdən qovmaqla hədələyir,” Qəhrəmanlı qeyd edir.

Komitə sədri vurğulayır ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1% məbləğində ödənc verilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG