Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 17:52

Statoil Azərbaycan qaz biznesindəki payını Malayziya şirkətinə satıb


"Statoil" loqosu

"Statoil" loqosu

Norverçin “Statoil” şirkəti “Şahdəniz”, “Cənubi Qafqaz Qaz Kəməri”layihəsindəki, eləcə də Azərbaycan Qaz Təchizatı şirkətindəki paylarını Malayziyanın “Petronas” şirkətinə satıb. Bu barədə şirkət öz rəsmi saytında məlumat yayıb.

Məlumatda deyilir ki, “Statoil”la “Petronas” arasında əldə olunmuş razılığa görə, Statoil Malayziyanın şirkətinə öz payını 2,25 milyard ABŞ dollarına satıb.

"Statoil” şirkətinin vitse-prezidenti Lars Christian Bacher bu razılaşmanı şərh edərkən bildirib:

“Statoil” beynəlxalq portfelində önəmli rol oynayan Azərbaycandakı biznesinə sadiq qalmaqda davam edir”.

Şahdəniz yatağında ilk əməliyyat 2006-cı ildə aparılıb. İndi bu yataqdan günə 25 milyon kub metr qaz, 225 min barel neft hasil olunur.

Şahdənizdəki yeni payçı “Petronas” şirkəti 1974-cü ildə yaradılıb və 65 ölkədə nümayəndəliyi var. Asiyadakı neft, qaz şirkətləri arasında ilk beşlikdədir.

XS
SM
MD
LG