Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 21:02

Ölən xəstəyə qulluq etmiş tibb işçisi də ebolaya yoluxdu


Ebola virusu

-

Ebola xəstəsinin öldüyü ABŞ-ın Texas hospitalının işçisi də öldürücü virusa yoluxub.

Texas Səhiyyə Departamentindən bildiriblər ki, adı açıqlanmayan həmin tibb işçisi qızdırmalı vəziyyətdə ətraf aləmdən təcrid edilib.

Daha ətraflı müayinə Atlantadakı Xəstəliklərə qarşı Mübarizə Mərkəzində aparılacaq.

Xəstəxana işçisi ABŞ-da Qərbi Afrikaya səyahət etməyən, amma ebolaya yoluxan ilk şəxsdir.

İndiyədək 4000-dən çox adam ebola virusundan ölüb. Onların çoxu Liberiya, Sierra Leone və Qvineyadandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG