Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:23

Müsavat Məclisinə seçki: sabiq başqanın təklifi dəstək qazandı


Müsavatın sessiyası
Müsavatın sessiyası

-

Oktyabrın 11-də Müsavat Partiyası Məclisinin sessiyasında qurumun özündə və Mərkəzi Nəzarət Təftiş Komissiyasında boş qalan yerlərə seçkilər keçirilib.

Məclisdə 38 yerə 65 namizəd, Mərkəzi Nəzarət Təftiş Komissiyasında (MNTK) 7 yerə 11 namizəd qeydə alınıb. Məclisdə 38 yerin hamısına, yoxsa 30 yerə seçki keçirilməsi üçün səsvermə olub. Heç bir variant yetərli səs qazanmayıb və keçmiş başqan İsa Qəmbərin təklifi ilə 32 yerə seçki keçirilməsi qərara alınıb.

Gizli səsvermə 2 saat davam edib. Məlum olub ki, MNTK-ya namizəd 11 nəfərdən heç biri tələb olunan 58 səsi toplaya bilməyib və bu səbəbdən seçilmir.

Növbəti seçkilər oktyabrın 25-nə təyin olunub.

Həmin sessiyada Məclis sədri və Divan üzvləri də seçiləcək.

XS
SM
MD
LG