Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:55

Lukashenka: Avropanın mərkəzində müharibə yolverilməzdir


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

-

Belarus prezidenti Alyaksandr Lukashenka MDB Dövlət Başçıları Şurasının iştirakçılarına müraciət edərək, Ukraynada müharibənin yolverilməz olduğunu bildirib.

Onun dediyinə görə, Avropanın mərkəzində döyüş əməliyyatlarının aparılması tamamilə yolverilməzdir.

Lukashenka konflikt tərəflərini Minsk razılaşmasına əməl etməyə və təcili hərbi əməliyyatları dayandırmağa çağırıb.

Belarus prezidenti qeyd edib ki, şəxsən onu və MDB ölkələrinin digər başçılarını birliyin təhlükəsizlik məsələsi narahat edir:

«Biz MDB-nin daha geniş çərçivəsində bunu diqqətə çatdırmalıyıq. Ukrayna məsələsinin uzaq Berlində, yaxud Milanda həll olunması yolverilməzdir. O zaman bizə niyə müraciət olunmalıdır? Ukrayna böhranının danışıqla aradan qaldırılması üzrə Minsk platformasını təklif edərkən, Belarus öz üzərinə sülhməramlı missiya götürüb».

Oktyabrın 10-da Minskdə MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib.

XS
SM
MD
LG