Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:33

Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşuldu


Ali Avarasiya İqtisadi Şurası Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulmasını təsdiqləyib.

Müvafiq müqaviləni Minskdə oktyabrın 10-da dövlət başçıları imzalayıb.

Bununla da Ermənistan Rusiya, Belarus, Qazaxıstanla birlikdə Avrasiya Birliyinin tam hüquqlu üzvü olur. Bu birlik 2015-ci il yanvarın 1-dən fəaliyyətə başlayır.

Birliyə Qırğızıstan da qoşulmaq istəyir.

Minskdə Qırğızstan prezidenti Almazbek Atambayev deyib ki, bu ilin dekabrında Qırğızstan Birliklə üzvlük müqaviləsi imzalayacağına ümid edir.

Hazırda Birlik Vyetnam, İsrail, Hindistan və Misirlə əməkdaşlıq qurulması haqda danışıqlar aparır.

XS
SM
MD
LG