Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Dekabr, çərşənbə, Bakı vaxtı 16:45

Modianonun əsərləri Azərbaycan dilində nəşr ediləcək


Patrick Modiano

-

2014-cü ildə “Nobel” mükafatına layiq görülən Patrik Modianonun əsərləri yaxın aylarda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin sifarişi ilə tərcümə və nəşr ediləcək.

Mərkəzin “Mətbuat və nəşr məsələləri üzrə müşaviri” Fərid Hüseynin Kulis.Az-a verdiyi məlumata görə, artıq bir neçə peşəkar tərcüməçi P.Modianonun əsərlərinin tərcüməsinə başlayıb.

Qeyd edək ki, bu nəşr yazıçının Azərbaycan dilində ilk iri həcmli kitabı olacaq.

XS
SM
MD
LG