Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:28

UEFA püşkatmada dəyişiklik edəcək


UEFA növbəti mövsümdən Çempionlar Liqası qrup mərhələsinin püşkatmasında dəyişiklik edəcək.

"Football İtalia" saytının yazdığına görə, bu barədə UEFA-nın baş katibi Canni İnfantino məlumat verib.

Onun sözlərinə görə yeni mövsümdən I səbətdə olacaq 8 komandadan 7-si UEFA-nın reytinqində ilk yeddiliyə daxil olan ölkələrin çempionları olacaq.

Həmin səbətə qitənin ən mötəbər turnirinin son qalibi də əlavə ediləcək.

Ən güclü çempionat FİFA-nın aylıq reytinqinə əsasən müəyyənləşəcək.

Hazırkı sistemə görə, komandaların səbətlərə bölüşdürülməsi son 5 ildəki çıxışa görə aparılır və ilk olaraq püşk zamanı yüksək reytinqli komandalar I səbətdə yer alır.

XS
SM
MD
LG