ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın şimalında Türkiyə ilə sərhəddəki Kobani şəhərinə girməkdə olan İslam Dövlət yaraqlılarının mövqelərinə havadan zərbələr endirib. Bundan sonra yaraqlıların şəhərə hücumları səngiyib. Amma onlar Kobaninin şərq istiqamətində bəzi giriş nöqtələrində öz yoxlmama məntəqələrini qoyublar. Bir neçə həftədir yaraqlıların mühasirədə saxladıqları Kobani şəhərinin kürd əhalisi Türkiyəyə sığınıb. Reuters agentliyinin Kobanidən fotoları.
ABŞ təyyarələri Kobanidə yaraqlıların mövqelərini vurub, hücum dayanıb

6
İslam Dövlət yaraqlılarından biri Kobani ətrafında kürd döyüşçülərdən aldıqları mövqelərdən birində. 7 oktyabr 2014

8
Kobaninin İslam Dövləti Yaraqlılarının əlinə keçən şərq məhəllələri. 7 oktyabr 2014

9
ABŞ təyyarələrinin İslam Dövləti yaraqlılarının mövqelərini vurmasından az sonra Kobanidən görüntü. 8 oktyabr 2014

11
Türkiyə tərəfdən Kobani küçələrində kimliyi məlum olmayan döyüşçülər görünür. 8 oktyabr 2014