Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:41

Fizika üzrə Nobel mükafatı mavi işıq diodlarını -LED yaradanlara verildi


2014-cü il fizika üzrə Nobel mükafatı 3 yaponiyalı alimə verildi. İsamu Akasaki, Hiroshi Amano və Shuji Nakamura bu mükafata az enerjili, effektiv mavi işıq diodları – LED sahəsində gördükləri işlərə görə layiq görülüblər.

Nobel Komitəsinin qərarında deyilir ki, bu alimlərin işləri sayəsində yüksək səmərəli ağ işıq mənbələri ümumi istifadəyə verildi, gündəlik cihazlarda, məsələn, smartfonlarda bunlardan istifadə olunur.

Nobel Komitəsi qeyd edir ki, qırmızı və yaşıl işıq diodları on illərlə istifadədə idi, mavi LED isə bu sahədə inqilab etdi.

XS
SM
MD
LG