Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:02

Moskva küçələrindən biri Vahid Ələkbərovun adını daşıya bilər


Vahid Ələkbərov
Vahid Ələkbərov

-

Rusiya paytaxtının abadlaşdırılmasında önəmli rol oynayan biznesmen və mədəniyyət xadimlərinin adlarının Moskvanın yeni küçələrinə verilməsi müzakirəyə çıxarılacaq.

Moskvada Azərbaycan əsilli zəngin işadamı Vahid Ələkbərovun adı Moskva küçələrindən birinə verilə bilər. «İzvestiya» qəzetinin Ümumrusiya Əlillər Cəmiyyəti Moskva şəhər təşkilatının sədri Igor Fedotov-a istinadla verdiyi xəbərdə belə deyilir.

Troitski və Novomoskovski inzibati dairələrinin prefekturalarına yazılı müraciət ünvanlayan I.Fedotov «yeni Moskva»nın küçələrinə paytaxtın abadlaşdırılmasında önəmli rol oynayan biznesmen və mədəniyyət xadimlərinin adlarının verilməsini təklif edib. Konkret təkliflər siyahısında Vahid Ələkbərovla yanaşı, Chulpan Khamatova-nın, Konstantin Khabensky-nin də adları çəkilir.

Müraciətə prefekturaların işçi qrupu toplantısında baxılacaq və yeni adlandırılacaq mümkün küçələr müəyyənləşdiriləcək. Qüvvədə olan qanunvericiliyə görə, şəhər obyektlərinin hələ yaşayan insanların adını daşıması üçün Moskva merinin və ya Rusiya prezidentinin tövsiyəsi vacib sayılır. Igor Fedotov-un fikrincə, Moskvanın inkişafında böyük xidmətləri olan məşhur xeyriyyəçi adlarının paytaxt küçələrində əbədiləşdirilməsi ənənəsi əvvəllər də olub və bu ənənəni bərpa etməyin vaxtı çatıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG