Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:18

HP 2 şirkətə parçalanır


 Hewlett-Packard-ın qərargahı. Palo Alto, Kaliforniya
Hewlett-Packard-ın qərargahı. Palo Alto, Kaliforniya

Dünyanın ən məşhur kompüter istehsalçılarından olan Hewlett-Packard 2 şirkətə parçalanmaq qərarı verib. Şirkət özünün kompüter və printer biznesini texnoloji xidmət əməliyyatlarından ayırır.

Kompüter və printer istehsal edən bölmənin adı HP olaraq qalacaq. Digər bölmənin adı isə Hewlett-Packard Enterprise olacaq. Bu bölmə serverlər, proqramlarla məşğul olacaq.

Şirkət son illər on minlərlə işçisini ixtisar edib.

HP 1939-cu ildə Hewlett və Packard tərəfindən bir qarajda yaradılıb. Ora indi Kaliforniyada Silikon Vadisidir.

Hazırda HP-də 300 min işçi çalışır.

XS
SM
MD
LG