Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:19

Bolqarıstanda parlament seçkilərini sağların udacağı gözlənilir


Bolqarıstanda pralament seçkiləridir. İyul ayında Sosialist partiyasının hökuməti istefa verdi. İndiki seçkiləri keçmiş cangüdən Boiko Borisovun sağ mərkəzçi GERB partiyası udmalıdır, ancaq onun əksəriyyəti qazanacağı gözlənilmir.

Parlamentə düşmək üçün 4 faizlik həddi Sosialist partiyası, etnik türklərin MRF partiyası, sağçı İslhatçı Bloku, populist Senzurasız Bolqarıstan partiyası keçməlidir.

Borisov deyib ki, Rusiyanın Cənub Axını layihəsinə yalnız o vaxt icazə verəcək ki, bunu Avropa Birliyi təsdiq etmiş olsun.

Sosilaistlər isə hesab edirlər ki, Bolqarıstan bu layihəni istənilən halda reallaşdırmalıdır.

Avropa Komissiyası Bolqarıstana təzyiq edir ki, bu layihədən çıxsın. Hazırda işlər dayanıb.

Bolqarıstanın 7,3 milyon əhalisi var. Bolqarıstan NATO və Avropa Birliyinin üzvüdür.

XS
SM
MD
LG