Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:16

Braziliyada prezident seçkisidir


Oktyabrın 5-də Braziliyada prezident seçkiləridir.Seçkidə 142 milyon seçici qeydə alınıb.

Rəy sorğularında indiki prezident Dilma Rousseff öndə gedir.

Rousseffin əsas rəqibləri keçmiş ətraf mühit naziri Marina Silva və sağ-mərkəzçi namizəd, Minas Gerais ştatının keçmiş qubernatoru Aecio Nevesdir.

Rəy sorğularında Rousseff Silva və Nevesi 20 faiz qabaqlayır. Ancaq Rousseff seçkilərin birinci mərhələsində 50 faizdən çox səs toplamaya da bilər. Bu halda oktyabrın 26-da seçkilərin ikinci turu olacaq.

Rousseff İşçi Partiyasındandır. Bu partiyanın namizədləri 2002-ci ildən prezidentdirlər. 2002-ci ildə bu partiyadan olan Lula da Siıva prezident seçiləndən partiya təmsilçiləri prezidentliyi özündə saxlayır.

Braziliyada seçkidə 18 yaşdan 70 yaşa kimi seçicilər səs verir.

16 yaşdan 18 yaşa kimi və yaşı 70-dən yuxarı olanlar isə, istəsələr seçkidə səs verə bilərlər.

Prezident seçkilərinin nəticələri son seçki məntəqəsi bağlanandan bir neçə saat sonra bilinəcək.

Bu isə oktyabrın 7-sinə gözlənilir.

XS
SM
MD
LG