Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:05

Təzəpir məscidində bayram namazı qılınıb


Oktyabrın 5-də Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb. Bu barədə məlumatı Qafqaz Müsəlmanları İdarəsi (QMİ)verib. Məlumatda bildirilir ki, paytaxtın ən böyük məscidində böyük izdiham yaşanıb. Namaz axund Hacı Əhməd Abbasovun imam-camaatlığı ilə qılınıb.

Bayram namazında böyük izdiham iştirak etdiyindən, məsciddə bir neçə dəfə camaat namazı qılınıb.

Oktyabrın 4-ü və 5-də Azərbaycanda Qurban bayramı qeyd olunur. QMİ-nin bildirdiyinə görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub.

XS
SM
MD
LG