Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:54

Qəbələdə də zəlzələ olub


-

Oktyabrın 4-də Qəbələdə 5 bal gücündə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 10-da baş verib.

Episentr Qəbələdən 13 km şimali-şərqdə olub. Yeraltı təkanın dərinliyi 5 km-dir.

Zəlzələ episentrdə 6, Qəbələdə 5 və ölkənin əksər bölgələrində 4-3 bala qədər hiss olunub.

Qəbələ rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, zəlzələ nəticəsində dağıntı aşkar edilməyib:

«Rayonun bütün ərazisi ilə bağlı araşdırma aparılıb, heç bir dağıntı qeydə alınmayıb. Bir şifer və ya kirəmit düşə bilər, amma böyük dağıntı və tələfat yoxdur».

XS
SM
MD
LG