Keçid linkləri

Təcili xəbərlər
2021, 08 May, şənbə, Bakı vaxtı 12:03

Şəkidə dalbadal zəlzələ olub


Şəki

Oktyabrın 3-də Şəkidə dalbadal zəlzələ olub.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verir.

Məlumata görə, təxminən 19: 40 radələrində Şəkidə bir neçə zəlzələ qeydə alınıb.

Birinci təkanlar 2,5, sonrakılar isə 3,1 və 3,5 bal gücündə olub.

Mərkəzin rəhbəri Qurban Yetirmişli bunun ilin əvvəlində Hacıqabulda baş verən təxminən 6 ballıq zəlzələ ilə bağlı olduğunu deyir:

Onun sözlərinə görə, həmin zəlzələdən sonra Azərbaycanda bütün zəlzələ ocaqları oyandığından mütəmadi təkanlar baş verir və vəziyyət ola blisin bu cür davam elədi, amma bu qorxulu deyil, kiçik təkanlardır.

XS
SM
MD
LG