Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 08:13

Donetskdə döyüş gedir


Foto arxiv

Donetsk hava limanı hökümət qüvvələrinin nəzarətindədir.

Bir neçə gündür ki, hava limanı uğrunda ağır döyüşlər gedir.

Ukrayna ordusu cümə axşamı rusiyapərəst yaraqlıların bir neçə hücumunu dəf edib.

Bu barədə Ukrayna mətbuatı məlumat verir.

Bundan əvvəl Tvitterdə hava limanının cümə gününə keçən gecə separatçıların əlinə keçməsi ilə bağlı məlumat yayılmışdı.

Amma az sonra bu məlumat təkzib edildi.

Hazırda Donetskdə atışma getdiyi xəbər verilir.

Bu gün səhər şəhərin bir neçə rayonundan ağır silahlardan atılan atəş səsləri eşidilib.

Təkcə bu həftə Donetskdə 10 dinc sakin ölüb.

XS
SM
MD
LG