Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:03

Hökmü 2 dəfə ləğv edən Apellyasiya Məhkəməsi üçüncü dəfə onu qüvvədə saxladı


Mikayıl Talıbov
Mikayıl Talıbov

-

Oktyabrın 3-də Şirvan Apellyasiya Məhkəməsi «facebook işi» üzrə məhkəmə davasında sosial şəbəkədəki tənqidi ifadələrə görə cavabdehə cinayət cəzası kəsilməsini haqlı sayıb.

Media Hüquqları İnstitutundan AzadlıqRadiosuna verilən məlumata görə, «Accessbank»ın sabiq əməkdaşı Astara rayon sakini Mikayıl Talıbovla məhkəmə çəkişməsi davam edir.

Qurumun hüquqşünası Xalid Ağəliyevin bildirdiyinə görə, apellyasiya instansiyası eyni predmet üzrə çıxardığı əvvəlki iki qərarında «facebook»da tənqidi düşüncələrini yayan Mikayıl Talıbovun cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan məhkəmə hökmünü ləğv etmişdi: «Bu dəfə isə Şirvan Apellyasiya Məhkəməsi eyni işlə bağlı eyni hökmü qüvvədə saxladı».

Bundan əvvəl Şirvan Apellyasiya Məhkəməsi «facebook işi» adlanan işlə bağlı Astara məhkəməsinin qərarını ləğv edib, işi geri qaytarmışdı. Astara rayon Məhkəməsi isə işə yenidən baxaraq əvvəlki qərarını - təqsirləndirilən şəxsin əməkhaqqından 20 faiz tutulmaqla 1 il islah işləri kəsilməsini qüvvədə saxlamışdı. Məhkəmə Mikayıl Talıbovun sosial şəbəkədə təkzib verməsini istəmiş, eyni zamanda Mikayıl Talıbova xaricə getmək qadağası qoyulmuşdu.

Mikayıl Talıbov onun bankdan qanunsuz çıxarılmasına etiraz olaraq «facebook»da «Accessbank-haqsız bank» səhifəsi açaraq banka qarşı bir çox ittihamlar irəli sürmüşdü. Bank sosial şəbəkədə onun işgüzar imicinə xələl gətirdiyini əsas gətirərək Mikayıl Talıbovu məhkəməyə vermişdi.

XS
SM
MD
LG