Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Dekabr, çərşənbə, Bakı vaxtı 17:22

Səfir: «Bu qərar dənizi başqa ölkələrin müdaxiləsindən qoruyur»


Həştərxan sammiti - 29 sentyabr 2014

-

«Xəzəryanı ölkə başçılarının Həştərxanda keçirilən sammiti konstruktiv idi. Sammit iştirakçı ölkələrin hamısı üçün səmərəli və onların mənafeyinə uyğun nəticələrlə yadda qaldı».

Bunu Trend-ə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

M.Pakayin bildirib ki, iştirakçı ölkələr əməkdaşlıqlarını gücləndirmək üçün qərarlı olduqlarını göstərdilər və bu, bölgədə sabitliyin yaradılması, Xəzəryanı ölkələr arasında əməkdaşlığın artırılması üçün parlaq gələcək vəd edir.

Səfir deyib ki, başqa ölkələrin hərbçilərinin Xəzərdəki mövcudluğunun qarşısının alınması ilə bağlı qərar dənizi terrorizm, narkotiklər və digər ölkələrin müdaxiləsindən qoruyur və bu, dənizdə sabitliyin təminatçısıdır.

Diplomat Xəzəryanı ölkələr arasında turizm, balıqçılıq, ticari və sərnişin gəmi reyslərinin açılması sahəsində əməkdaşlıqların artırılması və qarşılıqlı sərmayə yatırılmasının zəruriliyini vurğulayıb.

XS
SM
MD
LG