Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:02

Ermənistan Həsən Həsənovun meyitini qaytarıb


Həsən Həsənov
Həsən Həsənov

-

Erməni hərbçiləri tərəfindən öldürüldüyü deyilən Azərbaycan vətəndaşı Həsən Həsənovun meyiti Azərbaycana qaytarılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyindən AzadlıqRadiosuna verilən məlumata görə, Həsən Həsənovun meyiti Ağdam rayonunda təmas xətti yaxınlığında Azərbaycanın aidiyyəti dövlət qurumlarına təhvil verilib.

İyulun 11-də Ermənistan mətbuatı işğal altında olan Kəlbəcər rayonu ərazisində 3 azərbaycanlının girov götürüldüyü, onlardan birinin öldürüldüyü ilə bağlı məlumat yaymışdı. Ermənistan rəsmiləri həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları olduğunu bəyan ediblər. Amma Azərbaycanın Müdafiə Nazirliyi məlumatı təkzib edib və orduda belə şəxslərin xidmət etmədiyini bildirib. Azərbaycan tərəfi həmin şəxslərin Ermənistan silahlı qüvvələrinin işğalı altında olan öz doğma yurdlarını, oradakı yaxınlarının məzarlarını ziyarət üçün getdiklərini bildirib.

XS
SM
MD
LG