Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:19

Ghani 850 milyon dollarlıq bank saxtakarlığını araşdırmağa əmr verib


Əfqanıstanın yeni prezidenti Ashraf Ghani 2010-cu ildə 850 milyon dollarlıq bank saxtakarlığını araşdırmağa əmr verib. Həmin o pulların yoxa çıxmağı vaxtilə ölkənin ən böyük kommersiya bankını iflas həddinə gətirdi.

Ghani göstəriş verib ki. Ali Məhkəmə Kabil Bankı cinayət işini yenidən başlasın.

Əfqanıstan məhkəmələri bu əməliyyatın təşkilatçılarını cəzalandırmamaqda, tutulanlara isə yüngül cəzalar verməkdə ittiham olunur.

Kabil Bankı banka yaxın olanlara şübhəli kreditlər verməklə 850 milyon dollar ziyana düşdü. Sonra bunu hökumət ödəyərək bankı xilas etdi. Bundan sonra bankın adı dəyişdirilib, Yeni Kabil Bankı oldu.

XS
SM
MD
LG