Milli Şuranın Koordinasiya mərkəzi sentyabrın 30-da keçirdiyi yığıncağında siyasi mitinq keçirilməsinə qərar verib. Mitinq təqiblərə son qoyulması və siyasi məhbusların dərhal azadlığa buraxılması tələbi ilə keçiriləcək.
Mitinqin vaxtı oktyabrın 12-nə təyin olunub.
Kordinasiya Mərkəzinin üzvü Namizəd Səfərov AzadlıqRadiosuna bildirib ki, mintinq keçirilməsi üçün yer ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə oktyabrın 1-də müraciət ediləcək.