Honq Konq lideri demokratiya tələb edən etirazçıları çağırıb ki, “dərhal” küçələrdən çəkilsinlər.
Leung Chun-ying sentyabrın 30-da deyib ki, Çin liderləri 2017-ci ildə onun varisinin seçiləcəyi ilk birbaşa seçkilər üçün seçki islahatlarını məhdudlaşdırmaq qərarından çəkilməyəcək. Namizədləri Pekin-yönlü komitə təsdiqləyəcək ki, bu da Pekinin namizədləri yaxşı nəzarətdə saxlayacağı deməkdir.
Polis həftəsonu etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, ancaq sentyabrın 29-da geri çəkilib. Çünki nümayişçilərin sayı getdikcə artır.
Əsasən tələbələr olan etirazçılar Leung-in istefasını tələb edir, Honq Konqun növbəti lideri seçmək üçün azad seçki keçirməsini tələb edirlər.