Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 02:48

Avropaya yolunda ölən miqrantların sayı 3 mini keçib


Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu il Aralıq Dənizi ilə Avropaya gedib çıxmaq istəyən mühacirlər arasında 3 mindən çox adam ölüb.

Təşkilat sentyabrın 29-da bildirib ki, bu ilin əvvəlindən bu günə kimi 3072 mühacir həlak olub. Bu da 2011-ci ildəki göstəricidən 2 dəfə çoxdur.

Təşkilatın məlumatına görə, dünyada miqrantlar arasında ölümlərin ümumi sayı 4077-dir. Bunun 75 faizi müxtəlif dəniz yolları ilə Avropaya gəlmək istəyənlər arasında ölümlərin payına düşür.

Bir həftə qabaq Suriyadan, Fələstindən və Misirdən olan miqrantlarla dolu gəmi batdı və 500-ə yaxın adam həlak oldu.

Sağ qalan 11 nəfərin dediyinə görə, insan qaçaqmalçılığını təşkil edənlər gəmini Malta yaxınlığında özləri qəsdən batırdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG