Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:24

Hökumət Ali Məhkəməyə müraciət edir ki, Kataloniya referendumunun qarşısını alsın


İspaniya hökuməti Ali Məhkəməyə müraciət edib ki, Kataloniyanın referendum keçirmək qərarının qarşısını alsın.

İspaniyanın baş naziri Mariano Rajoy məhkəməyə müraciət edəndən sonra deyib ki, o, Kataloniyanın referendum qərarına təəssüf edir, çünki bu, qanunsuzdur.

Rajoy deyib ki, referendum katalanları bölür, onları Avropadan və İspaniyanın qalan hissəsindən ayrı salır.

Kataloniyada 7,5 milyon adam yaşayır. İspaniya iqtisadiyyatının 20 faizi Kataloniyanın payına düşür.

Kataloniyanın öz dili və mədəniyyəti var. Onların fikrincə, mərkəzi hakimiyyətə daha çox verirlər, nəinki alırlar.

Kataloniyanın qərarı ilə referendum noyabrda keçirilməlidir.

XS
SM
MD
LG