Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 18:00

ABŞ Prezidenti Barak Obama deyir ki, ölkəsinin kəşfiyyat xidməti özünü İslam Dövləti adlandıran yaraqlıların Suriya daxilindəki fəaliyyətini lazımi qədər qiymətləndirməyib.

Sentyabrın 28-də CBS kanalına müsahibəsində prezident bildirib ki, Suriyadakı vətəndaş müharibəsinin yaratdığı xaos ölkəni hakimiyyətsiz qoyub və İslam yaraqlılarına "özünü yenidən təşkilatlandırmaq" imkanı yaradıb.

O əlavə edib ki, ABŞ İraqın yaraqlılarla mübarizə aparmaq bacarığını yüksək qiymətləndirir.

Obama Suriyanı "cihadçıların episentrinin yerləşdiyi ərazi" adlandırıb.

ABŞ ötən həftə Suriyada hava hücumlarını genişləndirib.

XS
SM
MD
LG