Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:12

Uşaqlarla bağlı ayrıca məcəllə hazırlanır


Foto: Arxiv
Foto: Arxiv

-

Azərbaycanda «Uşaq hüquqları haqqında» məcəllə və ailə strategiyasının layihəsi hazırlanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova Trend-ə bildirib ki, hazırda bu istiqamətdə işlər aparılır.

Bu sənədlərin «Azərbaycan 2020: Gələcəyə baxış» konsepsiyasına uyğun olaraq hazırlandığını deyən T.İbrahimova bildirib ki, uşaq məcəlləsinin hazırlanmasında əsas məqsəd uşaq hüquqlarının müdafiə mexanizmini gücləndirilməkdır.

Onun dediyinə görə, uşaq hüquqlarının müdafiə mexanizmini gücləndirmək lazımdır, çünki bu sahədə müəyyən boşluqlar var:

«Nəzərdə tutulub ki, bu məcəllə hazırlanarkən heç bir məsələ nəzərdən kənarda qalmasın. Məcəllə sadəcə, bəyanat xarakterli olmasın. Konkret qurumlar bu sahədə öz üzərlərinə düşən işləri dəqiqliklə bilsinlər. Bununla da uşağın müdafiə mexanizmi beynəlxalq konvensiyaların bizdən tələb etdiyi kimi - daha güclü olsun».

XS
SM
MD
LG