Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 23:10

Ukrayna Rusiyaya borcunu qaytarsa...


Foto: Arxiv

-

Avropa Birliyi, Ukrayna və Rusiya qışda Ukraynanın, eləcə də Avropanın enerji təminatı probleminin həlli üçün müvəqqəti razılığa gəlib.

Berlində baş tutan üçtərəfli görüşdən sonra Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Guenther Oettinger bildirib ki, razılığa əsasən, 2014-cü ilin sonunadək Ukrayna Rusiyaya 3.1 milyard dollar ödəməlidir.

Ukrayna oktyabrın sonunadək 2 milyard dollar və hər 1000 kubmetr qaz üçün 385 dollar ödəsə, Rusiya Ukraynanı 5 milyard kubmetr qazla təmin edəcək.

Kiyev Stokholm məhkəməsində qalib gəlsə, 3.1 milyard dollardan çox borc ödəməyəcək. Yox əgər Rusiya qalib gələrsə, Kiyev daha 2.1 milyard ödəməli olacaq.

XS
SM
MD
LG