Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:55

Atışmada Azərbaycan zabiti həlak olub


Allahverdi Baxışlı
Allahverdi Baxışlı

-

Sentyabrın 27-də saat 10.25 radələrində Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini pozub. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin zabiti, leytenant Allahverdi Baxışlı döyüş postunda həlak olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

A. Baxışlı 1991-ci ildə Hacıqabul rayonunda anadan olub. Müdafiə Nazirliyinin rəhbərliyi onun valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir.

XS
SM
MD
LG