Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:41

Serbiya 2010-cu ildən bərti ilk dəfədir ki, gey parada icazə verir


Serbiya hakimiyyəti 2010-cu ildən bəri ilk gey parada icazə verdi.

Serbiyanın daxili işlər naziri Stefanovich sentyabrın 26-da bildirib ki, hakimiyyət sentyabrın 28-də gey parad keçirilməsini qadağan etməmək qərarını verib. Ancaq nazirin sözlərinə görə, təhlükəsizlik pozulsa, tədbiri ləğv etmək hüququnu özündə saxlayır.

2010-cu ildə belə parad vaxtı futbol xuliqanları və millətçilər parad iştirakçılarına hücum çəkmişdi. Ondan sonra bu paradlara icazə verilmirdi.

Avropa Birliyi gey paradın qadağan olunmasını pisləyirdi. Avropa Birliyi bildirir ki, bu, Serbiyanın fundamental haqlara sadiqliyini göstərir.

Homofobiya Serbiyada güclüdür və geniş yayılıb.

Serbiya kilsəsinin başçısı da gey paradı pisləyib.

XS
SM
MD
LG