Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:58

Rusiya Avropa Parlamentinin deputatını ölkəyə buraxmayıb


Avropa Birliyi Avropa Parlamentinin üzvünün Rusiyaya daxil olmasına imkan verilməməsinə və onun persona non grata elan olunmasına etiraz edir.

Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətindən Azadlıq Radiosuna bildirilib ki, sentyabrın 25-də Rebecca Harms Moskvaya gəlib və yalnız burda öyrənib ki, onu arzuolunmaz şəxs elan ediblər. Halbuki səfərdən qabaq öz statusunun vəziyyətini öyrənmişdi.

Almaniyadan olan deputat Harms ukraynalı pilot Savchenkonun məhkəməsinə gəlirdi.

Həmin məhkəmə oktyabrın 13-nə kimi təxirə salınıb.

Avropa Birliyi Rusiyada aşkarlığın olmamasına təəssüfünü bildirir.

XS
SM
MD
LG