Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:31

Akademik Milli Dram Teatrında «Generalın son əmri» veriləcək


Akademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı

-

Tamaşanı Xalq artisti Ramiz Həsənoğlu hazırlayıb

Akademik Milli Dram Teatrı tamaşaçıları sentyabrın 26-da saat 19.00-da “Generalın son əmri” tamaşasının premyerasına dəvət edir.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, tamaşa bu il 75 yaşı qeyd edilən şair, dramaturq, publisist Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında hazırlanıb.

“Generalın son əmri” tamaşasının quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Xalq rəssamı, Dövlət mükafatı laureatı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan tamaşada Əməkdar artistlər Füzuli Hüseynov (General), Sabir Məmmədov (Oğul nəvə), Dilarə Əliyeva (Qız nəvə), Almaz Amanova (Qisasçı qadın), Ayşad Məmmədov (Cəllad), Hicran Nəsirova (Bibi), Əjdər Həmidov (Polis), Telman Əliyev (Serjant), Sənubər İsgəndərova (Məşuqə), İlham Hüseynov (Şeypurçu əsgər) Pərviz Məmmədrzayev (Fərari) və aktyor Rövşən Kərimduxt (Qonşu oğlan) çıxış edirlər.

XS
SM
MD
LG