Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:56

Gorbachov-un ruhi xəstəxanada saxlanan qaynı ilə bağlı qalmaqal


Yevgeni Titarenko
Yevgeni Titarenko

-

Keçmiş SSRİ-nin birinci ledisi Raisa Maksimovnanın qardaşı, yazıçı Yevgeni Titarenko 30 ildir ruhi xəstəxanada saxlanır.

Amma bu məlum faktdır. O, Altshaymer xəstəliyindən əziyyət çəkir.

Təzə xəbər odur ki, qohumları və dostları Rusiya Yazıçılar İttifaqının üzvü olan Titarenko ilə axır vaxtlar görüş ala bilmirlər. 2015-ci ildə onun 80 yaşı tamam olasıdır. Amma o birdən-birə “yoxa çıxıb”.

Voronej vilayətinin Orlovka kəndindəki ruhi xəstəxananın baş həkim müavini ümumiyyətlə, Yevgeni Titarenko adında xəstələri olmadığını deyir.

Bu müəmmalı məsələ Rusiyanın bütün ölkə ərazisində yayınlanan “Rossiya” telekanalına çıxandan sonra qalmaqal yaranıb.

Mikhail Gorbachev arvadı Raisa ilə, 1989
Mikhail Gorbachev arvadı Raisa ilə, 1989

“Birbaşa efir” proqramında jurnalistlər yazıçının faciəvi aqibətini araşdırmağa çalışıblar. Baş həkim müavininin sözünə şübhə ilə yanaşıblar.

Proqramda yazıçının keçmiş qonşusu çıxış edib. O deyib ki, hazırda yazıçının mənzilində onun hamisinin qohumları yaşayırlar.

Hami də kim olsa yaxşıdır?

Həmin ruhi xəstəxananın baş həkimi...

Proqram efirə gedəndən sonra Voronej vilayətinin prokuroru məsələni şəxsi nəzarətinə götürüb. Yoxlama başlanıb.

Y.Titarenko ruhi xəstəxanaya niyə düşüb? Bu ayrıca bir temadır. O, xəstəxanaya düşəndə Gorbachov SSRİ rəhbəri idi. "Moskovski komsomolets" qəzetindəki məqalədə isə iddia edilir ki, o zaman içkiyə qurşanan, "içəndə bacısını və onun ərini söyən, rəhbərin siyasətini tənqid edən" yazıçını xəstəxanada "gizlədiblər" ki, rəhbərin "təmiz reputasiyası"na kölgə salmasın.

Y.Titarenkonun «Четверо с базарной площади», «Минёр», «Никодимово озеро», «На маленьком кусочке Вселенной» povestləri Moskvada və Voronejdə çap edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG