Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:42

NATO Rusiya əsgərlərinin Ukraynadan əhəmiyyətli dərəcədə çəkildiyini müşahidə edir


NATO sözçüsü bildirir ki, Ukraynada Rusiya qüvvələri əhəmiyyətli dərəcədə geri çəkilib, ancaq bir çox Rusiya qüvvəsi sərhəd yaxınlığında qərarlaşmaqda davam edir.

Polkovnik Jay Lanzenin sözlərinə görə, minlərlə Rusiya əsgəri sərhəd yaxınlığındadır.

O hesab edir ki, bir sıra Rusiya əsgəri hələ də Ukrayna daxilindədir. Ancaq onların dəqiq sayını müəyyən etmək çətindir.

Onun sözlərinə görə, separatçılar bir sıra sərhəd keçidlərini nəzarətdə saxlayır. Bu da sərhəddi sərbəst keçməyə imkan verir.

Lanzen deyir ki, Rusiyanın xüsusi təyinatlı hərbçiləri

Ukrayna daxilində fəaliyyət göstərir, ancaq onların fəaliyyətini tutmaq çox çətindir.

XS
SM
MD
LG