Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:04

Yeni mövsümün ilk premyerası – «Qızıl toy» çalınacaq!


"Qızıl toy"
"Qızıl toy"

-

Sentyabrın 27 və 28-də Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasının premyerası olacaq.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, 105-ci mövsümün ilk premyerası olan bu əsərin libretto müəllifi Ramiz Heydər, bəstəkarı Oqtay Kazımidir.

Komediyaya resjissor Yusif Əkbərov quruluş verib.

Rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir), aktyorlardan Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, Türkel Şabanova (Aygün), Elvin Əliyev, Şaban Cəfərov (Azər), Gülnarə Əzizova (Zuzu), Yuliya Heydərova (Əcnəbi qız), Elməddin Dadaşov (Şoumen), Svetlana Bulax (Turist qadın), Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Elnur Zeynalov (turist oğlanlar) iştirak edirlər.

Xəbərdə vurğulanır ki, “Qızıl toy” tamaşasının hazırlığında, təmir və bərpa işlərindən sonra teatrda yaradılmış müasir standartlara cavab verən texnoloji imkanlardan bacarıqla istifadə olunub.

Tamaşanın quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Vüsal Rəhim, geyim üzrə rəssam Gülnarə İbadova, quruluşçu baletmeysterlər Zakir Ağayev və Yelena Ağayeva, dirijor Fəxrəddin Atayev, xormeyster Vaqif Məstanov, konsertmeyster Nərminə Əbdürəhmanova, rejissor assistentləri Tamilla Aslanova, Anar Sadıqovdur.

Əsərə ilk səhnə həyatını 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib.

XS
SM
MD
LG